"Sanki komandalar heç fasiləyə yollanmayıb" - Rəşad Sadıqov
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Zirə" hazırlıq matçında "Araz-Naxçıvan"a qalib gəlib.
Mediasport.az xəbər verir ki, "qartallar"ın 2:1 hesablı qələbəsindən sonra baş məşqçi Rəşad Sadıqov oyun haqda danışıb.
42 yaşlı mütəxəssis sürətli və baxımlı matç alındığını deyib:
"Hər iki komanda üçün ilk oyun idi. Buna baxmayaraq, sürətli, keyfiyyətli oyunun şahidi olduq. Qarşılaşma onu göstərdi ki, irəlidə bizi maraqlı mübarizə gözləyir. Hər iki komandanın futbolçuları istəkli idi və qələbə qazanmaq üçün hər şeyi edirdilər. Sanki komandalar heç fasiləyə yollanmayıb. Futbolçular böyük motivasiya ilə çıxış etdilər. Bu həm sevindirir, həm də mövsümün qalan hissəsinin necə gərgin və maraqlı keçəcəyini göstərir”.