"Neftçi" "Turan Tovuz"la səfər oyununa ciddi itkilərlə çıxacaq

"Neftçi" "Turan Tovuz"la səfər oyununa ciddi itkilərlə çıxacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində Tovuzda "Turan Tovuz"un qonağı olacaq "Neftçi"də zədəli futbolçuların son vəziyyəti açıqlanıb.

Klubdan Mediasport.az saytınaverilən məlumata görə, mikrozədələri olan Rəhman Hacıyev və Azər Əliyev bu matçı buraxmalı olacaqlar.

Komanda ilə məşqləri yenicə bərpa edən Andre Şinyaşiki baş məşqçinin qərarı ilə görüşdə iştirak edə bilməyəcək. Uzun müddətdir zədəli olan Emil Balayevlə Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.

Qeyd edək ki, fevralın 24-də Tovuz şəhər stadionda oynanılacaq qarşılaşma saat 15:00-da start götürəcək.