"Səbail" onu da yola saldı - RƏSMİ

"Səbail" onu da yola saldı - RƏSMİ

"Səbail"də "yarpaq tökümü" davam edir.

Mediasport.az xəbər verir ki, Bayıl təmsilçisi kapitan Ağabala Ramazanov və müdafiəçi Adil Nağıyevin ardından qapıçı Səlahət Ağayevlə də vidalaşıb.

33 yaşlı qolkiperlə başa çatan müqavilə yenilənməyib.

Azərbaycan millisinin sabiq üzvü ötən yaydan "dənizçilər"in formasını geyinirdi.