"Kəpəz"də 2 yeni müqavilə

"Kəpəz"də 2 yeni müqavilə

"Kəpəz" daha 2 futbolçu ilə müqavilə bağlayıb.

MediaSport.az xəbər verir ki, Gəncə təmsilçisi komandada ötən mövsümdən çıxış edən Mate Kvirkviya ilə 1 illik anlaşmaya qol çəkib, "Səbail"dən Elmir Tağyıyevi gələn mövsümün sonunadək icarəyə götürüb.

Gürcü yarımmüdafiəçi ötən mövsüm 36 oyun keçirib, 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.