"Səbail" Türkiyədə Superliqa komandaları ilə qarşılaşacaq

"Səbail" Türkiyədə Superliqa komandaları ilə qarşılaşacaq

Yay hazırlıqlarını davam etdirən "Səbail"in Türkiyə toplanışındakı rəqibləri məlum olub. 

MediaSport.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi Bayıl klubu qardaş ölkədə "Samsunspor", "Alanyaspor" və "Konyaspor”la qarşılaşacaq.

"Dənizçilər" Bakı toplanışı çərçivəsində dünən "Kəpəz"lə yoxlama görüşündən qalib ayrılıblar - 2:1.