Qurban Qurbanovdan 300-cü qələbə

Qurban Qurbanovdan 300-cü qələbə

Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb.

mediasport.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi Azərbaycan Premyer Liqasının II turu çərçivəsində doğma meydanda “Turan Tovuz”la qarşılaşmaya təsadüf edib - 3:0 hesablı qələbə Qurbanov üçün sayca 300-cü olub.

Mütəxəssis bu rəqəmə iki komandada – “Neftçi” və “Qarabağ”da çalışdığı müddətdə çatıb. Bu göstəricidə ölkə çempionatında rekordçu olan Qurbanovun ən yaxın izləyicisi Ağasəlim Mircavadovun hesabında 204 qələbə var.

Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi çempionatdakı ilk qələbəsi 2006-cı il avqustun 6-da qeydə alınıb. Onun debütündə çalışdırdığı “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.