"Səbail"də yeni müqavilə

"Səbail"də yeni müqavilə

"Səbail" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Mediasport.az xəbər verir ki, Bayıl təmsilçisi Süleyman Əhmədovla 1 illik razılığa gəlib.

24 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 12 matçda meydana çıxıb.

Qeyd edək ki, "dənizçilər" bunadək Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırıb, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev və Rüfət Abdullazadə ilə müqaviləni yeniləyib.

"Turan Tovuz"dan Fərid Nəbiyev də növbəti mövsüm "Səbail"də çıxış edəcək.