APL dünyanın 71 liqasının yer aldığı siyahıda 5-ci yerdə dayanır

APL dünyanın 71 liqasının yer aldığı siyahıda 5-ci yerdə dayanır

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son bir il ərzində vərəqələr, qayda pozuntuları və uzatma dəqiqələri ilə bağlı hesabatı açıqlayıb.

Mediasport.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, dünyanın 71 liqasının yer aldığı siyahıda Azərbaycan çempionatı beşinci pillədə qərarlaşıb.

Premyer Liqada keçirilən 179 matçda sarı vərəqələrin nisbəti 4.47-yə bərabər olub. Bu, dünyada oyunlar zamanı futbolçuların ən çox xəbərdarlıq aldığı 38-ci liqadır.

Qırmızı vərəqələrin sayı isə orta hesabla 0.16-dır. Bu isə o deməkdir ki, Premyer Liqa ən intizamlı çempionatlardandır. Cəmi 12 liqa Azərbaycan çempionatından daha intizamlıdır.

Ölkə çempionatının hər matçında 27,56 qayda pozuntusuna rast gəlinib. Bu isə ən çox qayda pozulan 10-cu liqadır.

Premyer Liqanın qarşılaşmalarına orta hesabla 8 dəqiqə 11 saniyə artırılıb. Ölkə çempionatı bu göstərici üzrə 50-cidir.