"Zirə" iki futbolçunu yola saldı

 "Zirə" iki futbolçunu yola saldı

“Zirə” daha 2 futbolçu ilə yollarını ayırıb. 

Mediasport.az xəbər verir ki, İlkin Muradov və Sezar Meza Kolli ilə başa çatan müqavilə yenilənməyib.

Xatırladaq ki, qəsəbə təmsilçisi bunadək Qismət Alıyev və Anar Nəzirovla yeni anlaşma imzalayıb, ötən mövsümü icarə əsasında komandada keçirmiş Fuad Bayramovla "Turan Tovuz"dan qapıçı Aydın Bayramovu transfer edib.

"Qartallar" daha əvvəl hücumçu Vladislav Kulaçla yolları ayırıb.