"Səbail" milli komandanın üzvü üzvü ilə müqaviləni yenilədi
2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.
Mediasport.az xəbər verir ki, Bayıl klubu Samir Abdullayevlə anlaşmanı daha 1 illiyinə uzadıb.
Yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb.
Hücumameylli futbolçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
U-21 milli komandamızın üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.