Azərbaycan klubu Şimali Makedoniyadan hücumçu gətirdi
"Sumqayıt" Şimali Makedoniyanın "Şkupi" komandasının futbolçusu Valid Həmidi ilə anlaşıb.
mediasport.az xəbər verir ki, Makedoniya mətbuatı "gənclik şəhəri" təmsilçisinin bugünlərdə 27 yaşlı əlcəzairli hücumçu ilə müqavilə bağlayacağını yazır.
Son iki mövsümü "Şkupi"də keçirən forvard 70 oyuna 7 qol vurub. Afrikalı daha əvvəl ölkəsinin "MC Oran", "ASM Oran" və "JSM Skikda" klublarında forma geyinib.
Qeyd edək ki, "Şkupi"nin baş sponsoru Türkiyənin məşhur "Alagöz Holdinq" şirkətidir. Rəhbəri Cantürk Alagözdür.