"Neftçi" bu TRANSFERİ BİTİRDİ! 250 min dollar təzminat ödəniləcək

"Neftçi" bu TRANSFERİ BİTİRDİ! 250 min dollar təzminat ödəniləcək

"Neftçi" heyətini ukraynalı Andrey Ştoqrinlə gücləndirməyə yaxındır.

Mediasport.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat paylaşıb.

Bildirilib ki, Bakı klubu 26 yaşlı vingerin keçidinə görə danışıq apardığı "Çernomores"lə anlaşıb.

"Ağ-qaralar"ın Odessa klubuna 250 min dollar kompensasiya ödəyəcəyi qeyd edilib.

Məlumata görə, paytaxt təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk həmyerlisinin transferində israrlıdır.

2018-ci ildən "Çernomores"də oynayan Ştoqrin klubun yetirməsidir.

O, 115 oyuna 15 qolla yadda qalıb.