14 güləşçimiz Aleksandr Medvedə aid xatirə turnirində iştirak edəcək
Bu gün Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin xatirə turnirinə start veriləcək.
Mediasport.az xəbər verir ki, 2 gün davam edəcək ənənəvi yarışda sərbəst güləş üzrə millimizin üzvləri iştirak edəcək.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında 14 güləşçi mübarizə aparacaq.
Sərbəst güləş üzrə millimizin üzvləri:
Vasif Bağırov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə, Ruslan Abdullayev (65 kq), Əli Rəhimzadə, Maqomed-Başir Xaniyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Orxan Abasov, Ali Tsokayev (79 kq), Arseniy Djioyev (86 kq), Abubakr Abakarov, Abdulcəlil Şabanov, Şamil Zubairov (92 kq), Aslan Abakarov (97 kq).