Reytinq turniri: Maqomedxan gümüş, Hacı bürünc medal qazandı

Reytinq turniri: Maqomedxan gümüş, Hacı bürünc medal qazandı

Azərbaycanın iki sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə start götürən reytinq turnirində medal qazanıb.

Mediasport.az xəbər verir ki, 97 kq çəkidə yarışan Maqomedxan Maqomedov finala qədər irəliləsə də, səhhəti ilə əlaqədar həlledici duelə çıxmayaraq gümüş medal əldə edib.

Hacı Əliyev (65 kq) isə yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.