Son 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayır.
Mediasport.az xəbər verir ki, mili komandamızın heyətində son olaraq Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) yarışacaqlar.
2 idmançımız - 67 və 87 kq çəki dərəcələrində yarışanlar həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq.
Həsrət Cəfərov (67 kq) 1/16 finalda Edsson Qutyerreslə (Meksika) qarşılaşacaq, təsnifatda rumıniyalı Viorel Burduya 5:1 hesabı ilə qalib gələn İslam Abbasov 1/4 final rəqibini gözləyir.
Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.