19 şahmatçımız Serbiyadakı Avropa çempionatında mübarizəyə başlayır

19 şahmatçımız Serbiyadakı Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Serbiyanın Vrnyaçka Banya şəhərində şahmat üzrə Avropa çempionatı start götürəcək.

mediasport.az xəbər verir ki, Azərbaycan yarışda 19 şahmatçı ilə təmsil olunacaq.

Nicat Abasov, Eltac Səfərli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov, Xəzər Babazadə, Riad Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyev qalib adı uğrunda mübarizə aparacaq.

Turnir İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Avropa çempionatının qalibi 20 000 avro, ikinci yerin sahibi 15 000, üçüncü pillədə qərar tutacaq şahmatçı isə 10 000 avro qazanacaq.