AFFA-dan almaniyalı məşqçiyə TƏKLİF - Millimizə Kunts gətirilir?!

AFFA-dan almaniyalı məşqçiyə TƏKLİF - Millimizə Kunts gətirilir?!

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.

Mediasport.az xəbər verir ki, AFFA almaniyalı mütəxəssis Ştefan Kuntsa təklif göndərib.

Bu barədə "Sky Sports"un əməkdaşı Florian Plettenberq məlumat yayıb.

Məlumata görə, federasiya Türkiyə yığmasının sabiq çalışdırıcısı ilə danışıqlar aparır.

Qeyd edək ki, 2021-2023-cü illərdə "ay-ulduzlular"a rəhbərlik etmiş 62 yaşlı Kunts qardaş ölkədən ayrıldıqdan sonra işsizdir.