Ukrayna millisinə çağırılan "Zirə"nin azərbaycanlı futbolçusu Yaponiya yığmasına qarşı forma geyinə bilər
Ötən ilin fevralından “Zirə”də çıxış edən Eldar Quliyev növbəti dəfə Ukraynanın U-21 yığmasına dəvət edilib.
Mediasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçinin çağırılması barədə məlumatı Ukrayna Futbol Federasiyası yayıb.
2022-ci ildən bu ölkənin Olimpiya yığmasına dəvət alan Quliyev 17-25 mart aralığında Macarıstanda təşkil ediləcək təlim-məşq toplanışına qatılacaq.
Ukrayna millisi hazırlığın ardından Fukuoka şəhərində Yaponiya yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Hücumameylli futbolçu burada şans qazana bilər.
Qeyd edək ki, Ukraynada azərbaycanlı ailəsində anadan olan 21 yaşlı Eldar bu ölkənin nəhəng klubu "Şaxtyor"un yetirməsidir.