Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib

Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib

Ukrayna Futbol Assosiasiyasının Konqresi keçirilib.

Mediasport.az xəbər verir ki, qurum tarixinin 6-cı prezidenti əfsanəvi Andrey Şevçenko seçilib.

UFA-na 94 üzvün təmsil olunduğu toplantıda iştirakçılardan 93-ü yeganə namizəd Şevçenkonun lehinə səs verib.

Bitərəf qalan 1 üzv 47 yaşlı funksionerin özü olub.

Qeyd edək ki, assosiasiyanın əvvəlki rəhbəri Andrey Pavelko 2022-ci ildə korrupsiya ittihamı ilə həbs edilib.