"Fənərbağça" "Beşiktaş"la üz-üzə - Superliqada İstanbul derbisi

"Fənərbağça" "Beşiktaş"la üz-üzə - Superliqada İstanbul derbisi

Türkiyə Superliqasında 15-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçiriləcək və turun mərkəzi qarşılaşması İstanbulda baş tutacaq.

Cari mövsüm qeyri-stabil çıxış edən "Beşiktaş" doğma azarkeşlər önündə "Fənərbağça"nı qəbul edəcək.

Xatırladaq ki, İstanbul nəhəngləri yarışın turnir cədvəlində qonşu pillələrdə qərarlaşsalar da, aralarında 11 xallıq fərq var. Rıza Çelimbayın çalışdırdığı komanda derbidə qələbə qazanaraq 3-cü pillədəki mövqeyini möhkəmlətməyə çalışacaq.

Türkiyə Superliqası. 15-ci tur

14:30 "Antalyaspor" - "Fatih Karagümrük"

17:00 "Samsunspor" - "Kasımpaşa"

20:00 "Beşiktaş" - "Fənərbaxça"