Amerika Kuboku Avropa çempionatı ilə eyni tarixdə keçiriləcək - RƏSMİ

Amerika Kuboku Avropa çempionatı ilə eyni tarixdə keçiriləcək - RƏSMİ

FİFA 2024-cü ildə keçiriləcək Amerika Kubokunun vaxtını açıqlayıb.

mediasport.az xəbər verir ki, 10 ölkə komandasının mübarizə aparacağı turnir iyunun 14-dən iyulun 14-dək ABŞ-də təşkil olunacaq.

Diqqətçəkən məqam Amerika Kubokunun AÇ-2024-lə eyni tarixə təsadüf etməsidir. Qitə birinciliyi eyni tarixdə Almaniyada keçiriləcək.