"Turan Tovuz"un Rumıniya klubu ilə yoldaşlıq oyunu təxirə düşüb

"Turan Tovuz"un Rumıniya klubu ilə yoldaşlıq oyunu təxirə düşüb

Türkiyədə hazırlıqları davam etdirən “Turan Tovuz”un bu gün keçirməli olduğu ilk yoxlama görüşü təxirə salınıb.

Mediasport.az xəbər verir ki, Rumıniyanın “Voluntari” komandası ilə qarşılaşma əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün baş tutmayacaq.

Tərəflər matçın sabah keçirilməsini razılaşdırıblar.

“Topkapı Sport Center”in meydanında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Turan Tovuz” yanvarın 15-də daha iki oyun keçirəcək. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.