Çempionluğun taleyi Lökbatan stadionunda həll olunacaq

Çempionluğun taleyi Lökbatan stadionunda həll olunacaq

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 26-cı turun oyun cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

Lider “Qaradağ Lökbatan”la çempionluğa iddialı “Şamaxı” arasında baş tutacaq mərkəzi matç Lökbatan qəsəbəsində keçiriləcək.

Burada qalib gələcək kollektiv çempionluğun taleyini böyük ölçüdə həll etmiş olacaq.


Azərbaycan 1-ci Liqası. 26-cı tur


15 may (çərşənbə)

“Difai Ağsu” - MOİK

Şamaxı şəhər stadionu, 17:00

“Zaqatala” - “İrəvan”

Zaqatala OİK stadionu, 17:00

“Karvan” - “Mingəçevir”

Yevlax şəhər stadionu, 17:00


16 may (cümə axşamı)

“Qaradağ Lökbatan” - “Şamaxı”

Lökbatan OİK stadionu, 17:00

“Araz Saatlı” - “İmişli”

Saatlı OİK stadionu, 17:00