SOCAR rəhbəri Rövşən Nəcəf AFFA prezidenti seçilib - RƏSMİ

SOCAR rəhbəri Rövşən Nəcəf AFFA prezidenti seçilib - RƏSMİ

AFFA-nın yeni prezidenti müəyyənləşib.

Mediasport.az xəbər verir ki, qurumun yeni rəhbəri AFFA-nın bu dəqiqələrdə davam edən Növbəti Hesabat-Seçki Konfransında məlum olub 

SOCAR-ın prezidenti Rövşən Nəcəf tam üstünlüklə assosiasiyanın rəhbəri seçilib. O, AFFA-nın tarixində 4-cü prezidenti olub.

Əleyhinə və neytral səs verən olmayıb.

1992-ci ildə yaradılan quruma bunadək Fuad Musayev (1992-2003), Ramiz Mirzəyev (2003-07) və Rövnəq Abdullayev (2008-24) rəhbərlik ediblər. 2007-08-ci illərdə bu vəzifə müvəqqəti Elşad Nəsirova həvalə olunub.

Qeyd edək ki, bu gün Konfransda İcraiyyə Komitəsinin üzvləri və vitse-prezidentlər də seçiləcək.