"Zirə"nin sabiq üzvü "Xankəndi" komandasında forma geyinəcək

"Zirə"nin sabiq üzvü "Xankəndi" komandasında forma geyinəcək

Yeni yaradılmış "Xankəndi" klubu "Zirə"nin əvəzedici və əsas heyətində oynamış Elmar Rəhimovu transfer edib.

Mediasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Zaqatala" və "Kəpəz"də də forma geyinib.

Qarabağ təmsilçisi indiyədək yarımmüdafiəçilər Pərviz Qaraxanov, Məhəmməd Alıyev, Ruzigar İbrahimzadə və müdafiəçi Əziz Hüseynovu transfer edib.

Komanda AFFA Region Liqasında yarışacaq.