Millimizin futbolçusu 2023-cü ilin ən yaxşısı adına namizəd olub

Millimizin futbolçusu 2023-cü ilin ən yaxşısı adına namizəd olub

Dünya Çimərlik Futbolu Təşkilatı (Beach Soccer Worldwide) 2023-cü ilin ən yaxşı oyunçusu adına namizədlərin ilkin siyahısını açıqlayıb.

Mediasport.az xəbər verir ki, "100-lük"də çimərlik futbolu üzrə Azərbaycan millisinin üzvü Sabir Allahquliyev də yer alıb.

Səsvermə yanvarın 11-dək davam edəcək.

Seçimlərdə milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin nüfuzlu yarışlarda iştirak etmiş klubların baş məşqçiləri və kapitanları iştirak edə biləcəklər.