Son Azərbaycan çempionu heyətinə iki legioner cəlb etdi

 Son Azərbaycan çempionu heyətinə iki legioner cəlb etdi

“Araz-Naxçıvan” iki futzalçının transferini reallaşdırıb.

Mediasport.az xəbər verir ki, son ölkə çempionu rusiyalı Roman Adamov və braziliyalı Mateus Lustosanı heyətinə qatıb.

Hər iki futzalçı ilə "5 ay+1 illik" müqavilə imzalanıb. 33 yaşlı R.Adamovun son klubu Rusiyada “Volqa” olub.

M.Lustosa isə Braziliyanın “Marekko” klubundan transfer edilib. Hücumçunun 26 yaşı var.

Buna qədər klub iranlı Əmir Şocayi ilə də "5 ay+1 il" müddətinə müqavilə bağlamışdı.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda Yüksək Liqanın turnir cədvəlində 16 xalla 6 komanda arasında üçüncü pillədədir.