DƏQİQLƏŞDİ: Azərbaycan liqasında 6 komanda iştirak edəcək

 DƏQİQLƏŞDİ: Azərbaycan liqasında 6 komanda iştirak edəcək

Futzal üzrə Azərbaycan Yüksək Liqasının 2023-2024-cü illər mövsümündə iştirak edəcək komandaların adları dəqiqləşib.

Mediasport.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Yasamal-Baku” və “Record club” komandaları çempionluq adı uğrunda yarışacaqlar.

Mövsümə sentyabrın 26-da start veriləcək.

Dairəvi sistemlə keçiriləcək yarış 4 dövrədən ibarət olacaq.