Azərbaycandan göndərildi, dərhal özünə Çexiya klubunda yer tapdı
Müxtəlif dönəmlər ümumilikdə 12 il futzal üzrə Azərbaycan milli komandası və "Araz-Naxçıvan"ın baş məşqçisi olmuş Joze Alesio Da Silvanın yeni iş yeri müəyyənləşib.
MediaSport.az xəbər verir ki, braziliyalı mütəxəssis Çexiyanın "Xrudim" klubunun baş məşqçisi təyin edilib.
Cənubi amerikalı Azərbaycan yığmasına 2009/2014-cü və 2017/2023-cü illərdə rəhbərlik edib. O, millinin bazası sayılan "Araz-Naxçıvan"ı da çalışdırıb.