Sterlinq ən çox qayda pozan və cəzalanan futbolçu olub

Sterlinq ən çox qayda pozan və cəzalanan futbolçu olub

Cari mövsüm İngiltərə Premyer Liqasında ən çox kart görən futbolçuların adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, "Çelsi"nin hücumçusu Rahim Sterlinq bu göstəricidə 1-ci olub. O, 31 qayda pozuntusuna yol verib və 14 dəfə kartla cəzalanıb.

"Nottingem Forest"dən Morqan Gibs-Vayt ikinci (32 qayda pozuntusu, 9 vərəqə) pillədə qərarlaşıb.

"Bernli"dən Coş Brounil (18 qayda pozuntusu, 8 vərəqə), "Liverpul"dan Luis Dias (22 qayda pozuntusu, 8 vərəqə) və "Nyukasl"dan Antoni Qordon (38 qayda pozuntusu, 8 vərəqə) isə 3-cü pilləni bölüşdürürlər.

"Arsenal"dan Bukayo Saka ilə (43 qayda pozuntusu) "Mançester Siti"dən Fil Foden 4-cü olublar.