Xorvatiya klubundan ayrılan Mahirin yeni komandası dəqiqləşdi
Xorvatiyanın "Dinamo" klubunda qalmayacağı dəqiqləşən Mahir Emrelinin yeni komandası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Zaqreb təmsilçisinin forvardı yeni mövsümə "Qarabağ"da başlayacaq.
Xorvatiya mətbuatının yazdığına inansaq, 27 yaşlı hücumçu Ağdam təmsilçisi ilə anlaşıb.
"Dinamo" ilə 2026-cı ilin iyununadək müqaviləsi olan Emreli ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
Xatırladaq ki, mahir 2015-2021-ci illərdə "Qarabağ"da çıxış edib.