Mahir Emreli Xorvatiyada turun rəmzi komandasında - FOTO

 Mahir Emreli Xorvatiyada turun rəmzi komandasında - FOTO

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında 9-cu turun rəmzi komandasında yer alıb.

Mediasport.az xəbər verir ki, “Rudes”lə səfər matçında (1:5) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Zaqreb “Dinamo”sunun forvardı ən yaxşı sağ vinger seçilib.

Onun performansı 8,3 balla qiymətləndirilib. Ən yüksək xalı isə "Rudes"lə görüşdə het-trik edən Emrelinin komanda yoldaşı Yosip Drmiç (10) alıb.

Komandanın digər üzvü Qabriel Vidoviç 1 qol, 2 assistlə 8,6 xala layiq görülüb.