Stolüstü tennisçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb

  Stolüstü tennisçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb

Fransanın Şiltiqheym şəhərində stolüstü tennis üzrə "Euro Mini Champs" turniri keçirilib.

Mediasport.az xəbər verir ki, 2011-2012-ci il təvəllüdlü 128 idmançı arasında yarışan təmsilçimiz Onur Quluzadə bürünc medal qazanıb.

Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeri tutub.