Stolüstü tennisçilərimiz üçün əvvəlcə Çin, ardından Fransa
Azərbaycanın yeniyetmələrdən ibarət stolüstü tennis millisinin üzvləri Onur Quluzadə və Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına yollanıblar.
Mediasport.az xəbər verir ki, idmançılarımız ilk olaraq avqustun 12-dək Çində hazırlıq keçəcəklər.
Onlar Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərinin Stolüstü Tennis Mərkəzində toplanışda olacaqlar.
Daha sonra qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaqlar.
Bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.