Hüseyn Səlimov Avstriyada məşqlərə başladı, ailəsi 2 il gözləməli olacaq
2022-ci ilin əvvəlində Avstriyadan deportasiya edilən azərbaycanlı tennisçi Hüseyn Səlimovun bu ölkəyə dönüşü baş tutub.
Bu barədə istedadlı stolüstü tennisçinin şərəfini qoruduğu "Zalsburq" klubunun vitse-prezidenti Valter Vindişbauer məlumat verib.
Klub rəsmisi bildirib ki, 14 yaşlı idmançının Avstriyaya qayıdışı tələbə vizası ilə mümkün olub: "Lakin ailəsinin buraya qayıdışı hələlik mümkün deyil. Bunun üçün 2 il gözləməlidirlər. Hüseyn isə Vyana-Şvexat təyyarə reysi ilə buraya döndü. Artıq komanda yoldaşları ilə birlikdə məşqləri bərpa edib. Həftədə iki dəfə olmaqla çalışmalara başlayıb".
Hüseyn Səlimov və ailəsi 2016-cı ildə Avstriyaya yollanıb.
mediasport.az