"Sumqayıt" rəhbərliyi futbolçuların mükafatlarını niyə ödəmir?

"Sumqayıt" rəhbərliyi futbolçuların mükafatlarını niyə ödəmir?

Futbol üzrə Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində səfərdə çempion "Qarabağ" üzərində qələbə (2:1) qazanan "Sumqayıt"da futbolçulara mükafat veriləcək, amma...

mediasport.az saytının əldə etdiyi məlumata görə, komandada qələbələr üçün standart mükafat nəzərdə tutulsa da, klub rəhbərliyi ödənişləri gecikdirir.

Misal üçün, komanda üzvləri aprelin 29-da səfərdə "Kəpəz" üzərindəki qələbənin (0:1) "premya"sını hələ də almayıblar. Minimum 500 manat nəzərdə tutulan mükafatın futbolçulara nə vaxt veriləcəyi naməlum olaraq qalır.

Əldə etdiyimiz informasiyaya əsasən, "Qarabağ"la oyundakı qələbəyə görə isə mükafat məbləği bir qədər çox - adambaşı 750-1000 manat arası dəyişəcək. Təbii ki, ödənilsə.