"Qarabağ"la "Sumqayıt" cərimələnib

"Qarabağ"la "Sumqayıt" cərimələnib

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 18-ci turunda "Səbail"lə qarşılaşıb (1:0).

Mediasport.az xəbər verir ki, həmin oyunda birincilərin azarkeşləri meydana kənar əşyalar atdığı üçün AFFA İntizam Komitəsi (İK) klubu 800 manat ziyana düşüb.

Qurum "Qarabağ"ı da 700 manat cərimələyib. Buna səbəb "köhlən atlar"ın 5 üzvünün həmin turda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə ilə cəzalandırılması olub.