Elçin Məsiyev Avropa çempionatının 1/4 final oyununu idarə edəcək
Azərbaycanın FİFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçular arasında Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsinin daha bir görüşünə təyinat alıb.
mediasport.az xəbər verir ki, o, sabah qitə birinciliyinin 1/4 final matçı çərçivəsində keçiriləcək Polşa - Serbiya qarşılaşmasını idarə edəcək.
Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və slovakiyalı Peter Bednar kömək edəcəklər.