Regekampf "Styaua"ya keçidi haqda: "Ürəyimdə əbədi olan komandadır"
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfla vətənində "Styaua"nın maraqlandığını xəbər vermişdik.
mediasport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis yayılmış xəbərlə bağlı Rumıniya mətbuatına açıqlama verib.
Çalışdırıcı bu mövzuda müzakirə aparmaq istəmədiyini deyib: “Deyəcəyim hər şey əlavə şərhə yol açacaq. “Styaua” ürəyimdə əbədi yeri olan komandadır. Klub prezidenti Cici Bekaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var. Bu mövzuda müzakirəyə girmək istəmirəm”.
Laurentsiu Regekampf "Neftçi"nin baş məşqçisi postuna mövsümün əvvəlində təyin olunub. Klubla 2024-cü ilin yayına qədər müqaviləsi var.