Superkubok: Ötən il ləğv edilən matç bu gün Türkiyədə baş tutacaq

Superkubok: Ötən il ləğv edilən matç bu gün Türkiyədə baş tutacaq

Bu gün Türkiyə Superkuboku çərçivəsində "Qalatasaray" "Fənərbağça" ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, qarşılaşma Şanlıurfa şəhərində yerləşən "11 Nisan" stadionunda baş tutacaq.

Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli olan final görüşü yerli hökumətin siyasi şüar qadağası səbəbindən matça bir neçə saat qalmış təxirə salınmışdı.

Hər iki klub hökumətin qərarına qarşı çıxaraq meydana çıxmaqdan imtina etmişdi.

Türkiyə Superkuboku

7 aprel

"Qalatasaray" - "Fənərbağça"