Əfsanəvi Ronaldo "Qızıl top"u qazanmağa namizədini açıqladı

Əfsanəvi Ronaldo "Qızıl top"u qazanmağa namizədini açıqladı

Dünya futbolunun canlı əfsanəsi, braziliyalı Ronaldo (Luis Nazario de Lima) “Qızıl top” mükafatını bu il kimin qazanmalı olduğunu açıqlayıb.

mediasport.az xəbər verir ki, fenomen ləqəbli futbol dahisi “Real”ın hücumçusu Kərim Benzemanı favorit hesab etdiyini deyib.

- Məncə, Benzemanın uduzmaq şansı yoxdur. Ötən il ərzində çox ciddi nəticələri, göstəriciləri oldu, Çempionlar Liqasında parlaq oyun sərgilədi. Benzema ötən mövsüm digərlərindən böyük fərqlə öndədir. Qalib o olmalıdır.

Qalibin açıqlanacağı “Qızıl top”un təqdimat mərasimi bu gün keçiriləcək. Parisdə keçiriləcək mərasim Bakı vaxtı ilə 22:30-da başlanacaq.