Suriya tarixində ilk dəfə və Fələstin pley-offa yüksəlib! - Asiya Kuboku

Suriya tarixində ilk dəfə və Fələstin pley-offa yüksəlib! - Asiya Kuboku

Qətərdə 18-ci Asiya Kuboku yarışının final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, dünən keçirilən Avstraliya - Özbəkistan (1:1) matçı heç-heçə ilə bitib. Suriya Hindistanı (1:0), İran Birləşmiş Ərəb Əmirliklərini (2:1), Fələstin Honkonqu (3:0) məğlub edib.

Beləliklə, B qrupundan Avstraliya, Özbəkistan, Suriya (qrup 3-cüsü), C qrupundan İran, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin (qrup 3-cüsü) növbəti mərhələyə vəsiqə qazanıb. Hindistan və Honkonq turnirlə vidalaşıb.

Bu gün D qrupunda da 3-cü tura yekun vurulacaq.

Asiya Kuboku

D qrupu

15:30 Yaponiya - İndoneziya

15:30 İraq - Vyetnam

Xal durumu: İraq - 6, Yaponiya - 3, İndoneziya - 3, Vyetnam - 0