Polis iclasa, Təcili yardım maşını stadiona gecikdi, xərək daşıyan uşaqlar olmadı...Azərbaycan futbolu
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
1-ci divizionun 9-cu turunun “Qaradağ Lökbatan” – “Zirə-2” oyununda polis əməkdaşı oyun öncəsi iclasda iştirak etmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur. “Qaradağ Lökbatan” – “Zirə-2” oyununda oyun xərək daşıyanlarla vaxtında təmin olunmadığı üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur. “Qaradağ Lökbatan” – “Zirə-2” oyununda “Zirə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.
9-cu turun “Neftçi-2” – “Kəpəz-2” oyununda təcili tibbi yardım maşını stadiona gecikdiyi üçün “Neftçi-2” klubu 160 manat cərimə olunur. “Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur. “Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2”nin baş məşqçisi Xaliq Mərdanov texniki zonanı tərk edib hakimin qərarına etiraz etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun kənarlaşdırılır və “Kəpəz-2” 80 manat cərimə olunur.
9-cu turun “Qarabağ-2” – “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “İmişli” klubu 80 manat cərimə olunur. “Qarabağ-2” – “İmişli” oyununda “İmişli” klubunun futbolçusu Nicat Fərəcli oyunun 61-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, “İmişli” klubu 320 manat cərimə olunur.
9-cu turun MOİK – “Qəbələ-2” oyununda “Qəbələ-2” klubunun komandası iclasa gecikdiyi üçün 40 manat cərimə olunur. MOİK – “Qəbələ-2” oyununda təcili tibbi yardım maşını gecikdiyi üçün MOİK klubu 160 manat cərimə olunur. MOİK – “Qəbələ-2” oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün MOİK 80 manat cərimə olunur.
9-cu turun “Zaqatala” – “Şamaxı-2” oyununda polis nümayəndəsi xidməti iclasa gecikdiyi üçün “Zaqatala” klubu 40 manat cərimə olunur. “Zaqatala” – “Şamaxı-2” oyununda təcili tibbi yardım maşını gecikdiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunur. “Zaqatala” – “Şamaxı-2” oyununda azarkeşlər tərəfindən stadiona kənar əşya (plastik su qabı) atıldığı üçün “Zaqatala” klubu 160 manat cərimə olunur. “Zaqatala” – “Şamaxı-2” oyununda “Şamaxı-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.