Roman Qriqorçuk təqdimat verdi - "Neftçi" bu futbolçu ilə vidalaşdı

Roman Qriqorçuk təqdimat verdi - "Neftçi" bu futbolçu ilə vidalaşdı

"Neftçi" daha bir futbolçu ilə yollarını ayırıb.

Mediasport.az saytına verilən məlumata görə, "ağ-qaralar" yeni baş məşqçi Roman Qriqorçukun təqdimatı əsasında Dieqo Valdeslə anlaşmanın müddəti uzatmayıb.

Paraqvaylı yarımmüdafiəçiyə özünə yeni komanda tapmaq tövsiyə olunub.

Hazırda vətənində olan 31 yaşlı cənubi amerikalı Bakı klubunun Türkiyə toplanışında iştirak etmir.

"Neftçi"yə ötən yay transfer edilmiş Valdeslə 1+1 illik müqavilə bağlanmışdı.

O, komandada 20 oyuna 3 qolla yadda qalıb.

Xatırladaq ki, bunadək Ömər Buludov, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov, Ataa Caber və İvan Brkiç paytaxt klubunu tərk edib.