İlk azərbaycanlı qadın Avropa çempionuna mahnı bəstələndi

İlk azərbaycanlı qadın Avropa çempionuna mahnı bəstələndi

Ötən ay Yunanıstanın Rodos adasında keçirilən qadınlar arasında şahmat üzrə şəxsi Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib.

Mediasport.az xəbər verir ki, musiqi Azərbaycan qadın şahmatı tarixinə ilk Avropa çempionu kimi düşən qrossmeysterimizə qitənin şahmat azarkeşləri tərəfindən hazırlanıb.

“Euphonious Tribute” adlandırılan mahnı sosial mediaya yerləşdirildikdən sonra böyük marağa səbəb olub.

Xatırladaq ki, 27 yaşlı zəka sahibi 150-dən çox şahmatçının yarışdığı qitə birinciliyində 10 tur ərzində məğlubiyyət yaşamadan çempion adını qazanıb.