TFF-ə məktub göndərən AFFA final üçün bu stadionu məsləhət görüb

TFF-ə məktub göndərən AFFA final üçün bu stadionu məsləhət görüb

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd olunub ki, AFFA Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.

Həm TFF, həm də Superkubokun iştirakçıları "Qalatasaray” və “Fənərbağça” klubları yaxın günlərdə təklifə cavab verəcəklər.

Mediasport.az saytı AFFA-nın qarşı tərəflərə məsləhət gördüyü stadionu dəqiqləşdirə bilib. Əldə etdiyimiz informasiyaya görə, federasiya Bakı Olimpiya Stadionunun (BOS) final matçı üçün ideal vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, 2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistanı hökumətinin bəzi qadağaları səbəbindən təxirə salınmışdı.