"Turan Tovuz" Çexiya klubunun futbolçusunu transfer etdi - RƏSMİ

"Turan Tovuz" Çexiya klubunun futbolçusunu transfer etdi - RƏSMİ

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan MediaSport.az saytına verilən məlumata görə, qərb təmsilçisi son mövsümü icarə əsasında "Kəpəz"də keçirmiş və müqavilə ilə Çexiyanın "Viktoriya Jijkov" klubuna məxsus Fərid Nəbiyevlə müqavilə bağlayıb.

24 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 illikdir.

Yarımmüdafiəçi karyerası ərzində “Qəbələ”, “Slaviya” (Praqa), “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya) klublarının formasını geyinib.