"Turan Tovuz" 4 qolla qalib gəldi, "Zirə" evdə "Sabah"la bərabərə qaldı

"Turan Tovuz" 4 qolla qalib gəldi, "Zirə" evdə "Sabah"la bərabərə qaldı

Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.

Medallara iddialı kollektivlərdən ikisi Zirədə "sülh" bağlayıb, avrokuboklara oynayan "Turan Tovuz" isə Sumqayıtda 4 qolla inamlı qələbə qazanıb.

Buna qədər "Qarabağ" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Neftçi" "Səbail"i (3:1) məğlub edib.

Azərbaycan Premyer Liqası. 10-cu tur

"Zirə" - "Sabah" 1:1

Qollar: Giorgi Papunaşvili, 90+2 -  Cesse Sekidika, 7.

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov,  Zöhrab Abbasov, Əli Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.

Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 24. Yusuf Laval, 17. Ayron Qomis, 19. Salifu Suma.

Baş məşqçi: Rəşad Sadıqov.

"Sabah": 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 11. Kahim Parris.

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç.

Baş məşqçi: Krunoslav Renduliç.


"Sumqayıt" - "Turan Tovuz" 2:4

Qollar: Nikola Vuynoviç, 31, Kamran Quliyev, 87 - Alexandro Serrano, 15, Otto Con, 25, Veysəl Rzayev, 27, Aleks Souza, 78.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 9. Nikola Vuynoviç, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 11. Fernando Da Silva, 12. Giorgi Karaişvili, 5. Alan Dias, 60. Tresor Mossi,

Baş məşqçi: Vaqif Cavadov.

“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con,

Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 6. Araş Qaderi, 11. Ayxan Quseynov, 21. Aleks Souza

Baş məşqçi: Kurban Berdiyev.