"Neftçi"nin məğlub etməyin MÜKAFATI: Hərəyə 1000 dollar!

"Neftçi"nin məğlub etməyin MÜKAFATI: Hərəyə 1000 dollar!

Futbol üzrə Azərbaycan Premyer Liqasında qələbəsizlik seriyasına 22-ci turda son qoyan "Araz-Naxçıvan"da üzlər gülür.

Mediasport.az saytına verilən məlumata görə, "Dalğa Arena"da "Neftçi"yə qalib gələn komanda rəhbərlik tərəfindən mükafatlandırılıb.

1:0 hesablı çətin qələbədə meydana start heyətində çıxan futbolçuların hər birinə 1000 dollar ənam verilib.

Matça sonradan qoşulanlar mükafatın yarısını alıblar.

Azər Bağırovun komandası növbəti turda "Səbail" səfərindən 1 xalla qayıdıb (2:2).

Premyer Liqanın debütantı 23 turdan sonra 31 xalla 6-cı pillədə qərarlaşıb.