Ağayeva Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb

Ağayeva Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 5-ci qrupunda aprel 5-də, saat 21:30-da keçiriləcək Lüksemburq - Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Lüksemburqun Esç-sur-Alzet şəhərindəki "Emil Mayriş" stadionunda keçiriləcək.